Mənəvi borcumuz

Təmizlik və saflıq, estetik gözəllik mənbəyi olan ətraf aləmi gözəlləşdirmək ata-babalarımızın, ağbirçək nənələrimizin, analarımızın, qız-gəlinlərimizin ən böyük arzuları və məqsədləri olmuşdur. Onlar təmizliyi əxlaqımızın təməl daşlarından biri saymış və yaxşı başa düşmüşlər. Bu əxlaqi keyfiyyət təkcə insanlara deyil, həm də insanı əhatə edən canlı və cansız aləmə aiddir. Sevindirici haldır ki, insanla yol yoldaşı olan bu ənənə bu gün də davam edir və doğma Azərbaycanımızın mirvarisi olan İsmayıllımızın təbii gözəlliklərinə insan əli ilə yeni-yeni bənzərsiz naxışlar vurulur.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə aprel ayının 10-dan may ayının 10-dək keçirilən təmizlik aylığı da bunun bariz nümunəsidir.

Bu məqsədlə rayonun bütün ümumtəhsil müəssisələrində iməciliklər keçirilmişdir. Məktəblərin həyətlərində ağaclar (meşə, meyvə) və gül kolları əkilmiş, budama işləri aparılmış, ağacların gövdəsi ağardılmış, həyətlərdə və daxildə təmizlik işləri aparılmışdır. Bəzi məktəb binalarının fasad hissəsində qopan yerlər suvanıb rənglənmişdir.

Keçirilən aksiyada müəllim və texniki işçilər böyük həvəslə iştirak etmişlər.

Görülən işlər aksiya iştirakçılarının, xüsusilə uşaqların böyük sevincinə səbəb olmuşdur. Şagirdlərə bir həqiqət anladılıb ki, nəinki məktəb və məktəbətrafı sahələri, eləcə də rayonumuzu, Azərbaycanımızı daim gözəlləşdirmək, ekoloji tullantılardan qorumaq və təmizlik qaydalarına əməl etmək daimi, mənəvi borcları olmalıdır.

Sevda İsmayılova,

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz