Bir məktəbdən 3 xəbər

İsmayıllı rayon Qalacıq kənd tam orta məktəbində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” muzeyi təsis olunub.

Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri toplanmışdır. Burada “Xalqımla həmrəyəm”, bölməsi təşkil olunub. Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal və kitablar saxlanılır.

***                                                 

Qalacıq kənd tam orta məktəbinin kitabxanaçısı Dilarə İsmayılovanın təşkilatçılığı ilə məktəb şagirdlərinin mütaliə vərdişlərinin formalaşdırılması ilə bağlı tədbirlər vaxtaşırı olaraq həyata keçirilir.
“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə bağlı məktəbin tədbirlər planına əsasən məktəbdə “Oxu günü” adlı tədbir keçirilib.
Tədbirdə məktəblilərə dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində bədii mütaliənin rolunun əvəzsiz olduğu bildirilib.
Məktəblilər ilə birlikdə klassik dövr Azərbaycan və dünya ədəbiyyatı inciləri, oxuduqları bədii əsərlər əsasında müzakirələr aparılıb.

***                                                       

İsmayıllı rayon Qalacıq kənd tam orta məktəbi şagirdlər arasında elmi, mədəniyyəti və incəsənəti təbliğ etmək məqsədilə Tarix-Diyarşünaslıq Muzeyi təsis edib.
Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Bu “xəzinə” əslində elm, maarif müəssisəsidir. Əlbəttə, muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir.
Qalacıq kənd tam orta məktəbinin muzeyində numizmatikaya aid eksponatlar da qorunur.

E.Qasımova

Şərh Yaz