Ölçüyəgəlməz işlərdən söz açılıb

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə  “Müstəqil Azərbaycanın  yaradıcısı və qurucusu ulu öndər Heydər Əliyevdir” mövzusunda dəyirmi masa keçirilib.

İsmayıllı MKS-nin direktoru Könül Baxışova  etdiyi giriş nitqində Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü işlərdən söz açıb, dahi şəxsiyyətin xatirəsininin hər zaman anılmasından, əziz tutulmasından danışıb.

Daha sonra tədbir iştirakçılarına Ulu öndərə həsr edilmiş video-çarx nümayiş olunub. Məruzə ilə çıxış üçün söz İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Araz Şəmdinliyə, Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Ceyran Ağayevaya və MKS-nin direktor müavini Ruhiyyə Mirzəyevaya verilib.

Edilən çıxışlar zamanı Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü ölçüyəgəlməz işlər, kitaba və kitabxanaya verdiyi böyük dəyər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda Mərkəzin foyesində Ulu öndərə həsr olunmuş şeirlər, musiqi nömrələri dinlənilib, hazırlanmış sərgiyə baxış keçirilib.

Aysu Nəcəfli

 

Şərh Yaz