Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq 2019-cu ildə yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi ilə əlaqədar sənədlərin qəbuluna başlanılmışdır. Sənədlər istehsalçılar tərəfindən yaşadıqları kənd ərazi komissiyasına qərarla müəyyən edilmiş qaydada və müddətlərdə verilməlidir.
Həmin Qaydaların 1.4-cü bəndinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına yardımlar istehsalçılara mülkiyyətində, istifadəsində və ya icarəsində olan və mövcud qanunvericiliklə əkin məqsədi üçün istifadə olunmasına icazə verilən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində apardıqları əkinlərə və çoxillik əkmələrə görə verilir.
Bu baxımdan, mövcud qanunvericiliyə əsasən əkilməsinə icazə verilməyən torpaq sahələrində aparılmış əkinlərə subsidiya verilmir. Habelə, dövlət və bələdiyyə mülkiyyətində olan və mövcud qanunvericiliklə üzərində icarə və istifadə hüquqları tələb olunan formada sənədləşdirilməyən torpaq sahələrində də aparılmış əkinlərə görə yardım verilmir.

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi

Şərh Yaz