İsmayıllıda təmizlik aylığı keçiriləcək

İsmayıllı rayonu ərazisində 10 aprel-10 may tarixlərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş təmizlik aylığı keçiriləcəkdir. Bu məqsədlə Mədəniyyət Mərkəzinin zalında ümumrayon müşavirəsi keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müşavirədə təmizlik aylığının keçirilməsi ilə əlaqədar iştirakçılara geniş məlumat verib. RİH başçısının birinci müavini Rövşən Ağayev iştirakçıları təmizlik aylığının tədbirlər planı ilə tanış edib.
Çıxışçılar Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ziya Cəbrayılov, İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev, Qida Təhlükəsizliyi Agentliyinin İsmayıllı rayonu üzrə nümayəndəsi Mehman Cəfərov, Kommunal Müəssisələr Kombinatının direktoru Vidadi Məmmədov təmizlik aylığında görüləcək işlərdən danışıb.

Şərh Yaz