Quşencə-Zoğallıq yolu yenidən qurulur

İsmayıllıda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının  icrası ilə əlaqədar işlər davam edir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən görülən işlərin davamı olaraq Qaraməryəm-Şəki avtomobil yolundan ayrılan 7 kilometr uzunluğunda Quşencə-Zoğallıq yolu yenidən qurulur. Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz