Şəhid Mikayıl Vahabzadəyə həsr olunmuş kitabın müzakirəsi keçirilib

Dörd günlük müharibə adlanan Aprel döyüşlərindən bizi üç illik bir zaman məsafəsi ayırır.Bu döyüşlərdə qəhrəmanlıq göstərib şəhid olan Azərbaycan övladlarının xatirəsi anılır, onlara həsr olunmuş tədbirlər keçirilir.

İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sistemi əməkdaşları da həmyerlimiz, Aprel döyüşlərində şücaət göstərib qəhrəmanlıqla həlak olmuş Mikayıl Vahabzadəyə həsr olunmuş yazıçı-urnalist Lətifə Əliyevanın “Şəhidliyə aparan sevgi” kitabının müzakirəsini keçirib. 3 aprel tarixində uşaq kitabxanasının zalında keçirilən tədbirdə şəhidin valideyinləri, yaxın qohumları, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.

Tədbirdə “Şəhidliyə aparan sevgi” kitabının məziyyətləri, Mikayıl Vahabzadənin döyüş yolu haqqında danışılıb. “Qoşa ruhlar” filmi nümayiş olunub, şəhidlərimizə həsr olunmuş şeirlər söylənilib.

M.Məhərrəmov

 

Şərh Yaz