Layihə uğurla başa çatdırılıb

28 mart 2019-cu il tarixdə İsmayıllı rayonunun Sumağallı kəndində  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Avstriya Qızıl Xaç Cəmiyyətinin və Avstriya İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində su təchizatı layihəsinin açılışı keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Novruzəli Aslanov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Kənd sakinləri onların məişət şəraitinə rahatlıq gətirən layihənin uğurla başa çatdırılmasına görə aidiyyəti təşkilatlara və bu işdə zəhməti olan insanlara minnətdarlıq ediblər.

Tofiq Soltanov

Şərh Yaz