“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları ilə görüş keçirilib

Mart ayının 18-də Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 23-26 mart tarixlərində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa istiqamətində tur-aksiyanın iştirakçıları və valideynləri ilə görüş keçirilib.
Tədbirdə RİH aparatının, RTŞ-nin, RGİİ-nin əməkdaşları, valideyinlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Məktəbliləri salamlayan İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində Prezident Administrasiyasının təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə təşkil olunan tur-aksiyaları ənənə halını alıb.
Digər çıxışçılar – RTŞ-nin aparıcı məsləhətçisi Mayıl Səftərov, şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Lida Baxışova, şəhər 3 nömrəli məktəb-liseyinin şagirdi Nazilə Ağazadə, Gəndov kənd ümumi orta məktəbinin direktoru Xuraman Qasımova, valideyinlər adından çıxış edən Tatyana Jabina qeyd ediblər ki, bu layihə məktəblilərə vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla yanaşı, eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir.

Çıxış edənlərin hər biri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz