“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları səfərdən qayıdıblar

İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup martın 23-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncəyə yola salınmışdı. Üç gün davam edən səfər zamanı şagirdlər Gəncə, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafada olmuş, bu yerlərin tarixi, maddi-mədəniyyət abidələri, sosial-iqtisadi həyatı, müstəqillik illərində əldə olunan nailiyyətləri ilə yaxından tanış olmuşlar.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində üç gün müddətində Gəncə, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən İsmayıllı şagirdləri mart ayının 26-də  günorta  rayona qayıdıblar. Tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri və valideyinlər qarşılayıblar.
Məktəblilər bildiriblər ki,  martın 23-dən 26-dək tur-aksiya çərçivəsində şimal qərb  bölgəsinin qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq Meydanları, rəsm qalereyaları ilə yaxından tanış olublar. Şagirdlər bu tur çərçivəsində bölgələrdə çox isti qarşılandıqlarını, Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını, səfər zamanı bölgələr barədə zəngin məlumata yiyələndiklərini qeyd ediblər.
Mərkəzi Meydanda qaşılanan şagirdlər səfər zamanı əldə etdikləri zəngin təssüratları qarşılanma mərasimində iştirak edənlərlə bölüşüblər, xatirə olaraq şəkil çəkdiriblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz