Atletlərimiz zona yarışında birinci olub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İsmayıllı Olimpiya-İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında zona yarışı keçirib.

Yarışda Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ucar, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala rayonlarının komandaları iştirak edib. Hər komandanın tərkibi 14 nəfərdən (7 qız, 7 oğlan) ibarət olub.
Zona yarışında I yeri İsmayıllı, II yeri Oğuz, III yeri Qax rayonunun komandası tutub.
I və II yeri tutmuş komandalar Respublika birinciliyində iştirak edəcək.
Onu da qeyd edək ki, İsmayıllı komandasının tərkibi əsasən Lahıc qəsəbə, şəhər 1 və 7 nömrəli tam orta məktəblərin idmançılarından ibarətdir. Atletlərimizin məşqçi-müəllimləri Rəvan Qarayev və Bənövşə İsmayılovadır.

T.Haşımov

Şərh Yaz