Tələbələr fəallıq nümayiş etdirib

Azərbaycan ordusu 2016-cı ilin Aprel ayında Qələbə əzmində olduğunu, döyüş qüdrətini, işğalçıya layiqli cavab verməyə qadirliyini, cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın azad ediləcəyini bir daha sübuta yetirdi.

2-5 aprel günlərində Lələtəpənin alınması ilə Böyük qələbəyə gedən yolda Cocuq Mərcanlıda sakinlərin yenidən məskunlaşması ilə Qarabağa qayıdışın əsası qoyuldu. Aprel döyüşlərində neçə-neçə Vətən övladı şəhid oldu, yaralandı.

Respublikamızda şəhid ailələrinə və qazilərə yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu qayğının bariz nümunəsi olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin qərarı ilə rayonda 5 hektar ərazidə Aprel döyüşlərinə həsr olunmuş “Zəfər parkı”nın  salınmağı qərara alınıb.

Aprelin 6-da “Zəfər parkı”nda keçirilən iməcilikdə 2 mindən çox ağac əkilib. Rayonun digər müəssisə və təşkilatları ilə yanaşı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələri də parkın salınmasında yaxından iştirak ediblər.

Solmaz Hüseynli

Şərh Yaz