Kütləvi işlərdə iştirak gənclərin ürəyincədir

İsmayıllı rayonu ərazisində aparılan təmizlik işlərində, eləcə də keçirilən digər kütləvi işlərdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə heyəti yaxından iştirak edir.

12 aprel 2019-cu il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi Mövlud Ağayevin rəhbərliyi ilə bir qrup tələbə Diyallı kəndi ərazisində kollecə təhkim olunmuş yolkənarı sahənin təmizlənməsi, əvvəlki illərdə kollecin tələbələri tərəfindən əkilmiş ağacların dibinin bellənməsi və əhənglənməsi, sahənin kol-kosdan, daşdan və tullantılardan təmizlənməsi işləri görülüb.

Əfsanərrəmli

 

Şərh Yaz