Şahmat yarışı Ulu öndərə həsr olunub

Təhsil işçilərinin və gənclərin asudə vaxtlarını səmərəli keçirmək məqsədilə rayonun ümumtəhsil məktəblərinin müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat yarışı başa çatıb.

Yarışda 30 təhsil müəssisəsindən 45 nəfərdən çox təhsil işçisi, gənc müəllimlər qədim intellektual idman oyununda öz güclərini sınayıblar. Maraqlı keçən yarışda şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Cahangir Niftalıyev I yeri, şəhər 5 nömrəli  tam orta məktəbinin müəllimi Arif  Mirzəyev II yeri, Hacıhətəmli kənd tam orta məktəbinin müəllimi Yadulla Abdullayev III yeri tutub.

Qadın müəllimlər arasında da bu yarışa maraq artmışdır. Hacıhətəmli kənd tam orta məktəbinin müəllimi Pərinaz Əliyeva və Bizlan kənd ümumi orta məktəbinin müəllimi Fəridə Rəşidli daha çox fərqləndilər. Qaliblər RTŞ-si və Həmkarlar İttifaqı Rayon Komitəsinin diplomu və pul mükafatı ilə qiymətləndirilib.

Birinci yeri tutan Niftalıyev Cahangir may ayının əvvəlində Bakı şəhərində keçiriləcək Respublika  birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

Hafiz Kərimov,

ATİAHİ  İsmayıllı RK- nın sədri

Şərh Yaz