Şahmatçılarımız fərqləniblər

Oğuz rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika pilot ümumtəhsil məktəbləri arasında Respublika şahmat festivalının zona yarışı keçirilib.

Yarışın Əsasnaməsinə uyğun olaraq, II-IV siniflər üzrə bir qız, bir oğlan olmaqla 6 şahmatçımız iştirak edib.

Gərgin mübarizə şəraitində keçən yarışmada  4 şahmatçımız –  şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Leyla Əzizzadə II sinilər üzrə III, şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Mehri Yəhyayeva IV siniflər arasında III, şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Günəş Məlikov III siniflər arasında III, şəhər 3 nömrəli məktəb-liseyin III sinif şagirdi Sevda Əzizzadə I yerə çıxaraq, may ayında Bakı şəhərində keçiriləcək respublika final yarışına vəsiqə qazanıb.

İdmançılarımıza final yarışında uğurlar arzu edirik.

Tural Haşımov

Şərh Yaz