Sevinclərini bölüşürlər

Suraxanı rayonundakı 104 nömrəli tam orta məktəbinin şagirdləri – əslən İsmayıllıdan olan Zəhra, Əliabbas və Sadiq Teymurzadə sağlam bədəndə sağlam ruh deyiminə üstünlük verərək, dərslərini yaxşı oxumaqla bərabər, idmanla da məşğul olurlar.

Zəhra 5-ci, Əliabbas 4-cü, Sadiq 1-ci sinif şagirdidir. Bir ailənin fərəhi olan uşaqların hər üçü idmanın taekvando növünü seçib. Yarışlarda qazandıqları qələbələrin sevincini İsmayıllıdakı əzizləri, doğmaları ilə bölüşmələri onları növbəti uğurlara ruhlandırır.

“İsmayıllırləri”

 

Şərh Yaz