Çətin şərəfli işdə uğurlar

Asərbaycan Respubliksaı Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” çərçivəsində “Məktəblilərin “Girdiman” bələdçi klubunun yaradılması və davamlı fəaliyyətinin təşkil edilməsi” layihəsi 2018-ci ilin iyun ayından həyata keçirilir.

Bu məqsədlə İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində “Girdiman” bələdçi klubu yaradılıb. Məktəbə xeyli sayda təsadüfən aşkar olunmuş arxeoloji, eləcə də etnoqrafik materiallar toplanıb.

Lahıc, Basqal qəsəbə, Diyallı, Talıstan, Xanagah, Sukut, Mücü, Mollaisaqlı, Hacıhətəmli və İvanovka kəndlərində etnoqrafik sorğular keçirilib. Məktəblilərin folklor, oyun və tamaşalarını hazırlamaq, digər şəhər və kənd məktəblilərinin təşkil olunan tədbirlərində iştirakına nail olmaq üçün içlər planlaşdırılıb.

Layihənin rəhbəri İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Təranə Yusifova, layihənin eksperti, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. Bu  kiçik topluda ilkin araşdırma aparılmış kəndlərin mədəni irs abidələri haqqında danışılır, həmin ərazilərdə turizmin inkişafı təhlil olunur.

“İsmayıllının mədəni irsi” adlandırılan bu kataloq  məlumat zənginliyi baxımından olduqca dəyərli bir mənbədir. Layihənin rəhbərinə və “Girdiman” bələdçi klubuna bu çətin və şərəfli işdə yeni uğurlar arzulayırıq.

Əsmər Ağayeva,

məktəbin şagirdi

Şərh Yaz