İQBAL MİRZƏ

1967-ci ilin may ayının 1-də Fərqanə vilayətinin Bağdad rayonunun Qoşadəyirman kəndində doğulub. 1984-cü ildə orta məktəbi bitirib. Fərqanə Dövlət Pedaqoji İnstitutunun Özbək dili və ədəbiyyatı fakültəsinə daxil olub, oranı 1991-ci ildə bitirib.

İqbal Mirzə “Özbəkistan təbiəti”, “Vətən” kimi qəzetlərdə şöbə müdiri və məsul katib vəzifələrində işləyib. Hazırda Özbəkistan Teleradiokompaniyasında işləyir.

İqbal Mirzənin əsərləri 1980-ci ildən paytaxt mətbuatında çap olunmağa başlayıb. 1993-cü ildə “Ürəyin şəkli”, “Könül” (1994), “ Səninçün darıxıram” (1994), “Məni yada salırsanmı?” (2000), ”Sayılan şeirlər” (2002), “Nəğmələrim” (2004), “Səni bu gün görməsəm olmaz” (2007), “Sizi tərənnüm edirəm” (2007), “Əgər cənnət göydə olsa…” (2010), “Vətən haqqında nəğmə” (2013), “Söylə, dostum, nə eylədik Vətən üçün?” (2014) adlı şeir kitabları nəşr olunub.

Şairin şeiriyyəti insan ruhunu qəlb hərarəti silsiləli duyğularını özünəməxsus tərzdə ifadə etməkdədir.

2005-ci ildə İqbal Mirzəyə Özbəkistanın Xalq şairi fəxri adı verilib.

 

ЎЗБЕКИСТОН, ЁЛҒИЗИМ!

 

Ўзбекистон, онажоним, ёлғизим,

Боболарим кафтидаги юлдузим,

Жаннатлардан сувлар ичган илдизим,

Жаннат маконим менинг, Ўзбекистон,

Жон ичра жоним менинг, Ўзбекистон!

 

Самандарсан – оловлардан соғ чиққан,

Бузрукворсан – етти ўғли шоҳ чиққан,

Алпомишсан – кўксидан чақмоқ чиққан,

Ўлмас достоним менинг, Ўзбекистон,

Жон ичра жоним менинг, Ўзбекистон!

 

Ялпиз атрин билмас деҳқон бўлгайми?

Тинчлик қадрин билмас ўғлон бўлгайми?

Юртин севмас одам инсон бўлгайми?

Нури иймоним менинг, Ўзбекистон,

Жон ичра жоним менинг, Ўзбекистон!

 

Неча аср кўз ёшларин ютган эл,

Соҳибқирон қайтишини кутган эл,

Юртбошини суйиб, бошда тутган эл,

Ўзбекистоним менинг, Ўзбекистон,

Жон ичра жоним менинг, Ўзбекистон!

 

НАВРЎЗ ҚЎШИҒИ

 

Баҳорни билмаган элларни кўрдим,

Бир чечак кулмаган ерларни кўрдим

Ўзингни соғиниб келади наврўз,

Кафтингга кўз сурай, деҳқоним, юртим,

Ўзингдан ўргулай, боғбоним, юртим.

 

Чучмома чайқалиб, чалар қўнғироқ,

Ҳаёт ҳидин сочар уйғонган тупроқ,

Илдиз сувратини чизади чақмоқ,

Кафтингга кўз сурай, деҳқоним, юртим,

Ўзингдан ўргулай, боғбоним, юртим.

 

Меҳмонни чорлайди сумалакларинг,

Қизларинг боғлайди жамалакларин.

Саодатга кўприк камалакларинг,

Кафтингга кўз сурай, деҳқоним, юртим,

Ўзингдан ўргулай, боғбоним, юртим.

 

Эй, кафти қадоғу кўнгли юмшоқ эл,

Қуёшда қорайган, юраги оқ эл,

Дуога қўл очган, тилаги оқ эл,

Кафтингга кўз сурай, деҳқоним, юртим,

Ўзингдан ўргулай, боғбоним, юртим.

 

Муқаддас еринг бор, қутлуғ осмон бор,

Суянган тоғинг бор, дилда иймон бор.

Улуғ боғистонга буюк боғбон бор,

Кафтингга кўз сурай, деҳқоним, юртим,

Ўзингдан ўргулай, боғбоним, юртим.

 

ÖZBƏKİSTAN, ƏVƏZSİZİM

 

Özbəkistan, əziz anam, təkimsən,

Babalardan qalan ulduz yükümsən.

Cənnətlərdən sular içən kökümsən,

Cənnət məkanımsan, Özbəkistanım,

Canımda canımsan, Özbəkistanım!

 

Səməndərsən – alovlardan sağ çıxan,

Müqəddəssən – yeddi oğlu şah çıxan.

Alpomışsan – köksündə şimşək çaxan,

Ölməz dastanımsan, Özbəkistanım,

Canımda canımsan, Özbəkistanım!

 

Nanə ətrin bilməz, de, bağbanmı var?

Sülh qədrin bilməyən qəhrəmanmı var?

Yurdunu sevməyən bir insanmı var?

Nurlu imanımsan, Özbəkistanım,

Canımda canımsan, Özbəkistanım!

 

Əsrlərlə göz yaşların udub el,

Sahibinın dönməsini güdüb el.

Rəhbərini sayıb, başda tutub el,

Sənsən, Özbəkistan, Özbəkistanım,

Canımda canımsan, Özbəkistanım!

 

NOVRUZ NƏĞMƏSİ

 

Baharı duymayan elləri gördüm,

Çiçəyi gülməyən yerləri gördüm.

Səninçün darıxıb gəlməkdə Novruz,

Çək əlin gözümə, dehqanım, ölkəm,

Canım sənə qurban, bağbanım, ölkəm.

 

Qargülü yellənib gətirər soraq,

Həyat ətrin saçar oyanan torpaq.

Ulduz surətini şimşək cızacaq,

Çək əlin gözümə, dehqanım, ölkəm,

Canım sənə qurban, bağbanım, ölkəm.

 

Səməni səsləyər öz qonağını,

Qızlar güldən hörər bəxt duvağını.

Səadət yol bilər göy qurşağını,

Çək əlin gözümə, dehqanım, ölkəm,

Canım sənə qurban, bağbanım, ölkəm.

 

Ey əli sığallı, könlü yumşaq el,

Günəşdə qaralan, ürəyi ağ el.

Duaya əl açan, diləyi ağ el,

Çək əlin gözümə, dehqanım, ölkəm,

Canım sənə qurban, bağbanım, ölkəm.

 

Müqəddəs torpaqsan, var aydın səman,

Arxanda dağın var, dilində iman.

Ulu bağlarına var böyük bağban,

Çək əlin gözümə, dehqanım, ölkəm,

Canım sənə qurban, bağbanım, ölkəm.

Şərh Yaz