Sağlam və xoşbəxt olmaq üçün

İsmayıllı rayonu Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin 5-ci sinif şagirdiyəm. Sevimli məşğuliyyətim futbol oynamaq olsa da, artıq 2 ildən çoxdur ki, idmanın karate-do növü ilə məşğul oluram.

Sevimli karate-do müəllimim Bayram Qəhrəmanovdur və mən onun bütün tapşırıqlarını yerinə yetirirəm və idman nizam-intizam qaydalarını pozmamağa çalışıram. Həmçinin, təhsil aldığım məktəbdə fiziki-tərbiyə müəllimlərim olan Rəşad Gözəlov və Yasin Cəbizadənin tapşırıq və tövsiyyələrini də yerinə yetirirəm. 2 il ərzində 5 yarışda mübarizə aparmışam və ikisində 1-ci yerə layiq görülmüşəm. Belə ki, sonuncu dəfə 23 fevral 2019-cu il tarixində İsmayıllı Olimpiya-İdman Kompleksində keçirilmiş karate-do idman növü üzrə 15 komandanın iştirak etdiyi respublika yarışında öz çəki dərəcəmdə 1-ci yeri tutmuşam.

Bu qalibiyyətimə görə Bayram müəllimə və mənə dəstək verən valideynlərimə təşəkkürümü bildirirəm. Söz verirəm ki, gələcəkdə də idman uğurları qazanmaq üçün əlimdən gələni edəcəyəm. Yeniyetmə və gəncləri sağlam və xoşbəxt olmaq üçün idmanla məşğul olmağa, zərərli vərdişlərdən uzaq durmağa, böyüklərin sözünə riayət etməyə, nizam-intizamlı olmağa çağırıram.

Əl Əhmədzadə

 

Şərh Yaz