Məktəb təmizlik aylığı keçirir

Ümummilli lider Heydər Əliyevin 96 illiyi ilə əlaqədar 10 apreldən 10 mayadək İsmayıllı rayonu üzrə “Təmizlik aylığı” keçirilir. Bununla əlaqədar Qalacıq kənd tam orta məktəbinin “Gənc ekoloqlar” klubunun könüllüləri tərəfindən məktəbin həyətyanı sahəsində və kəndin məktəbətrafı küçələrində ekoloji təmizlik aksiyası təşkil olunub.

Aksiyada məktəbin müəllim və şagirdləri, xüsusən də “Gənc ekoloqlar” klubunun üzvləri iştirak ediblər.

Tədbir zamanı kəndin bir neçə küçəsi müxtəlif məişət tullantılarından təmizlənib. Tullantıların ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasını asanlaşdırmaq məqsədi ilə məktəb ərazisində müxtəlif çeşidli tullantılar üçün qutular qoyulub.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz