Yaz gəldi…

İnsan övladı  baharın, yazın gəlişini həmişə çox böyük həsrətlə gözləyir, sevinclə qarşılayır. Və bu gəlişi  bayram kimi çox böyük təntənə ilə qeyd edir. Bu bayramda ən çox sevinən uşaqlar olurlar. Onların sevdiyi şirniyyatlar – şəkərbura, paxlava, badambura, şorqoğalı  bayram sevinclərinə sevinc qatır.  Noğul, innab, püstə xonçaların bəzəyinə çevrilir. Boyanmış rəngli yumurta döyüşü təkçə uşaqların deyil, böyüklərin də marağında olur. Bayramda göyərdilən səməni yazın gəlişini, təbiətin canlanmasını tərənnüm edir. İnsanlar sevinclə yazın pişvazına çıxır, onu bayram tədbirləri ilə, xonçalarla, tonqallarla qarşılayırlar.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi  də Novruz bayramını  həmişəki kimi  böyük coşqu ilə qeyd etdi. Mərkəzdən bəhrələnən uşaqlarla birlikdə ”Novruz gəlir, yaz gəlir” adlı bayram tədbiri hazırlandı.  Təhsil şöbəsinin foyesində keçirilən tədbirə Mərkəzdən bəhrələnən xüsusi qayğıya ehtiyacı  uşaqlar, valideynlər və Təhsil şöbəsinin  işçiləri dəvət olunmuşdular. Uşaqlar Novruz bayramının tarixi, adət və ənənələri haqqında qonaqlara maraqlı məlumatları xoş sözlərlə, şeirlərlə, məsəllərlə, deyimlərlə çatdırdılar, mahnı oxuyub, rəqs etdilər. Kosa və keçəlin oynaya-oynaya, oxuya-oxuya məclisə gəlişi bütün qonaqların üzünü güldürdü.  Elə bu xoş əhval ruhiyyə ilə də  “Yaz gəldi” nəğməsini  iştirakçılar uşaqlarla birlikdə  oxuyub yallı getdilər.

Sonda şirniyyatlarla bəzədilmiş bayram xonçaları qonaqlara təqdim olundu. Kosa, Keçəl qonaqlarla yumurta döyüşdürdü. Xatirə şəkli ilə həmin gün əbədiləşdirildi.

l Abdullayeva,

İsmayıllıaq və Ailəstək Mərkəzinin sosial iş üzrəssisi

 

Şərh Yaz