Təmsilçilərimiz birinci olub

Bakı şəhərində poverliftinq idman növü üzrə kişilər və qadınlar arasında açıq Azərbaycan çempionatı keçirilib.

Çempionatda idmançılarımız Qafarov Kamil penç-pres üzrə 90 kiloqram çəki dərəcəsində 220 kiloqram nəticə göstərərək fəxri kürsünün birinci  pilləsinə qalxıb.

Daha bir təmsilçimiz – Hikmətli Rasim 52 kiloqram çəkidə 95 kiloqram ağırlığı qaldırmaqla çempionatın birincisi olub. Parlaq qələbə münasibətlə idmançılarımızı Gənclər və İdman İdarəsinin kollektivi və rayonun idmansevərləri adından təbrik edir, gələcək işlərində, növbəti sınaqlarda uğurlar arzulayırıq.

“İsmayıllırləri”

 

Şərh Yaz