Sahibkarlıq: problemlər və qarşıda duran vəzifələr

25 fevral 2019-cu il tarixdə “İsmayıllı rayonunda sahibkarlığın vəziyyəti, problemlər və qarşıda duran vəzifələr”lə əlaqədar İsmayıllı Rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Müşavirəni giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonda sahibkarlıq sahəsində görülən işlərdən, ölkə rəhbərliyinin sahibkarlara göstərdiyi diqqət və qayğıdan danışıb.

Məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov məruzə edib, sahibkarlıq obyektlərinin fəaliyyətini təhlil edərək, qarşıda duran problemlərdən danışıb.

Sonra rayonun sahibkarlarına söz verilib. “Sandal” ayaqqabı firmasının rəhbəri Rüstəm Əhmədov, “İsmayıllı Quşçuluq” ASC-nin idarə heyyətinin sədri Zahid Qardaşov, Tikiş fabrikinin direktoru Lətifə Əliyeva, “Xoşbəxt X” kiçik müəssisənin sahibi Ruhiyyə Süleymanova və digərləri görülən işlərdən, sahibkarları maraqlandıran problemlərdən danışıb.

Tədbirə dəvət olunan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Əmir Əmirli, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Camalov, İqtisadiyyat Nazirliyinin Şirvan Regional bölməsinin müdiri Azər Qasımov, 10 saylı Ərazi Regional Vergilər idarəsinin rəisi Cavid Kəngərli çıxış edərək ölkə rəhbərinin sahibkarlığın inkişafına göstərdiyi qayğıdan, sahibkarlığın kreditləşmə mexanizmlərindən, vergi qanunvericiliyindən və sahibkarlıq sahəsində həyata keçirilən digər məsələlərdən danışıblar.

Sonra rayondakı “Sahibkarlar” ictimai birliyinin yeni tərkibi formalaşdırılıb. Könüllülük əsasında birliyə 9 nəfərdən ibarət – Rüstəm Əhmədov, Zahid Qardaşov, Ədalət Göyüşov, Aslan Aslanov, Azad Əliyev, İvan Kazakov, Ruhiyyə Süleymanova, Lətifə Əliyeva və Cümşüd Hacıyev üzv seçilib.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Şərh Yaz