İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 2,7 faiz azalaraq 9,3 min nəfər olmuş, onlardan 5,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 29,9 faizi təhsil, 26,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,9 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,4 faizi tikinti, 1,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, 8,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 7,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2019-cu ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,9 faiz artaraq 292,5 manat olmuşdur. İqtisadiyyatın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 556,7 manat, emal sənayesində 407,8 manat, tikintidə 346,0 manat, informasiya və rabitədə 381,6 manat, maliyyə və sığorta fəaliyyətində 952,9 manat, təhsildə 352,7 manat, səhiyyədə isə 187,4 manat təşkil etmişdir.

Simran Aydınov,

İsmayıllı Rayon Statistika İdarəsinin baş məsləhəisi 

 

Şərh Yaz