Xocalı faciəsinə

Əsmə, külək, əsmə! Bir bülbül də ot gətirib dimdiyində, yuva qurur… İsitməkçün, yaşatmaqçün balasını…

Boynubükük bənövşə də baş qaldırır kol dibindən. Dəymə ona, əsmə, külək!

Məhəbbətin intizarla gözləyən var… İsti yeri soyuq etmə, bir kimsəyə qıyma, külək!

Asta-asta, qorxa-qorxa bir körpə də addım atır. Yıxma onu. Qıyma ona, əsmə, külək!

Qarışqalar baş qaldırıb yuvasından çıxır çölə. Saman çöpün dartışdırır biri sağa, biri sola.

Bir ceyran da balasına yol göstərir, arx üstünə su içməyə yol axtarır… Əsmə, külək, sən balaya qıyma, külək!

Xan çinar da düymələnib, düyməsinə dəymə onun, əsmə, külək!

… Yuvasından düşüb yerə, nalə çəkir körpə bala. Ana çırpınır gah sağına, gah soluna, balasına yetmək üçün.

Yerə düşmüş bir balanın, məhəbbətin intizarla gözləyənin, addım atan bir körpənin yollarında necə əsdin, ey amansız, zalım külək?!

O körpənin, güllələnmiş o qocanın ahı səni tutacaqdır. Bunun geci, tezi vardır…

daqət İsazadə,

qaüddə olan müəllim

 

Şərh Yaz