İsmayıllıda kooperativ yaradılıb

İsmayıllı rayonunun Küllülü kəndi ərazisində “Külüllü kənd təsərrüfatı məhsullarının istehsalı” kooperativi yaradılıb.

Kooperativdə 29 nəfər torpaq mülkiyyətçisi ilkin mərhələdə 140 hektardan artıq pay torpaq sahələrini, texnika və digər istehsal vasitələrini cəmləyərək birgə təsərrüfat forması yaradıblar. Bələdiyyələrin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin torpaqlarını da kooperativin tərkibində birgə əkilib-becərilməsi barədə kooperativ üzvləri qarşılıqlı razılıq əldə ediblər.

Əvvəllər pərakəndə halda istifadə olunan torpaqların birləşdirilərək əkilib-becərilməsinin üstünlüklərini kooperativ üzvləri yaxşı başa düşür və belə təsərrüfatçılıq formasının yüksək nəticələr əldə edəcəyinə inanır, eləcə də ölkənin ərzaq təhlükəsizliyinə yüksək töhfə verəcəyi istiqamətində çalışırlar.

Kooperativ bütün posedurlardan keçilib, hüquqi status alıb. Yekun olaraq rayonda yaradılan bu müəssisə kooperasiya formasında çalışmaq istəyən hər bir torpaq payçısı üçün açıqdır.

 

Şərh Yaz