İsmayıllı rayonunda demoqrafik vəziyyət

İsmayıllı rayonunun  əhalisinin sayı 622 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 86733 nəfərə çatmışdır. Əhalinin 32,4 faizini şəhər, 67,6 faizini kənd sakinləri, 50,4 faizini kişilər, 49,6 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 41,8 nəfər təşkil etmişdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2018-ci ildə 1240 nəfər doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil etmişdir. Ötən il rayonda 542 ölüm halı qeydə alınmış və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə  6,3 təşkil etmişdir.

Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 565 nikah və 100 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,2 olmuşdur.

2018-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün İsmayıllı rayonuna 56 nəfər gələn və rayondan 132 nəfər gedən qeydə alınmış, rayon üzrə miqrasiya saldosu mənfi 76 nəfər təşkil etmişdir.

Daşmir  Məmmədov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini          

Şərh Yaz