“DAĞ ÇİÇƏKLƏRİ”

Səfin önü, arxası o zaman ki, düzəldi,

Qabağa peyğəmbərlər, sonra şairlər gəldi.

Nizami Gəncəvi

 

Yaz yağışına xitab

 

Yaz yağışı, gözlərimdən keçib gəl,

Buludlardan ürəyimə köçüb gəl,

Kədərimi qurtum-qurtum içib gəl,

Qoy qoşulum daşan çaya, sellərə,

Nə söyləyim bu açılan güllərə?!

 

Gözlərimdə qara sevda ağ qalıb,

Ümidlərim can üstündə, sağ qalıb,

Elə bilmə yaralarım sağalıb,

Yetməz əlim daha şümşad tellərə,

Nə söyləyim bu açılan güllərə?!

 

Bu dünya ki, oyunbazdır, oyunbaz,

Dar köynəyi heç əynindən soyunmaz,

Çalıb-çapar, amma heç vaxt yorulmaz,

Divan tutar ötən aya, illərə,

Nə söyləyim bu açılan güllərə?!

 

Mən arzular dünyasında səyyaham,

Qəlbdən qopan ən yanıqlı bir aham,

Satılmayıb çox ucuza ən baham,

İnanmaram yalan-yaltaq dillərə,

Nə söyləyim bu açılan güllərə?!

 

Bir ömürdür yetib başa vurmuşam,

Halallaşıb, sağollaşıb durmuşam,

Div canımın şüşəsini qırmışam,

Gərib sinə sərt küləyə, yellərə,

Nə söyləyim bu açılan güllərə?!

Murad Məhərrəmov

 

cnis

 

Hey ağladın, hey sızladın, ürəyim,

Bəsdi, nolar daha, bir üzə sən gül.

Öz dərdini unut, dərdliləri tut,

Bir üzə mən gülüm, bir üzə sən gül.

 

İstəmirəm hey başıma dönəsən,

Deyəsən dərdimi dönə-dönə sən.

Nolar, dəyişəsən, nolar, dönəsən,

Ömür bağçamızdan bir üzəsən gül.

 

Dost qapını örtüb, yüzü açsa da,

Sehrinə, mehrinə yüzü acsa da…

Ömür gülşənində yüzü açsa da,

Sən gərək yüzündən bir üzəsən gül!

Nazir Ziya Talıstanlı 

 

Doluyam

 

Mən də cahan kimi sirlə doluyam,
Güllü, daşlı, qanlı yerlə doluyam.

Bax Tanrı tərəfdən, məndədir xeyir,
Şeytan tərəfdən bax, şərlə doluyam.

 

Zahirdə zərrəyəm aləm içində,
Batində min göylə, yerlə doluyam.

Hər damarım coşqun bir çay kimidir,
Nillə, Yeniseylə, Kürlə doluyam.

 

Qəlbimdir hər eşqə sahilsiz ümman,
Kainat tutmayan nurla doluyam.

Bu gördüyün vücud kül örtüyümdür,
Təpədən dırnağa qorla doluyam.

 

Hər şey nişanıdır tək Allahımın,
Min sevgim olsa da, birlə doluyam.

Məcnuntək özümü tapmıram məndə,
Candan ruha kimi yarla doluyam.

Oqtay İsmayıllı

 

Nə xoşbəxtsən…

 

Nə xoşbəxtsən, ey qadın,

İl qoydun ilim üstə.

Ad nə çoxdu, tək adın,

Bal oldu dilim üstə.

 

Arxada qaldı əlli,

Ötən illər təsəlli.

Cənnətin yeri bəlli,

Qoy başın qolum üstə.

 

Sənsiz qurumuş göləm,

İstəyərdim tez öləm,

Gedəm, qayıdam, gələm,

Durasan yolum üstə.

 

Sevgi ola havamız,

Heç uçmaya yuvamız.

Düşə hər gün davamız

Qabaqca ölüm üstə.

 

Hamı eşqi dərk etməz,

Etdiyimi ərk etməz.

Bu can məni tərk etməz,

Əlin var əlim üstə.

Şahməmməd Dağlaroğlu

 

Sənin üçün

 

Göydən ulduz dərərəm,

Gecələr sənin üçün.

Kövrələr misralarım

İncələr, sənin üçün.

 

Həm yağışam, həm də qar,

Bu təbiət kimdə var ?

Gözlərimdə bulaqlar

Dincələr sənin üçün.

 

Həm payızam, həm bahar,

Həsrətində həyat var.

Pərvazlanar, açılar

Qönçələr sənin üçün.

 

Vallah, bəndəm bir himə,

Dönmüşəm sarı simə.

Uzanar ürəyimə

Küçələr sənin üçün.

brayıl Hüseyn

 

Ay ustad

 

Ustadım Aşıq Yanvarın xatirəsinə

 

Bütün şənliklərdə, toyda, mağarda,

Tək səni axtarır gözüm, ay ustad,

Sənin ayrılığın yaman ağırdır,

Necə ayrılığa dözüm, ay ustad.

 

Büründük amana, büründük aha,

Sənətdə zər idin, qızıldan baha.

Sənintək sənətkar yetişməz daha

Boş qalıb cığırın, izin, ay ustad.

 

Ömür bağçasında soldu güllərin,

Üzdü qəlbimizi qəmin, kədərin.

Nə yaman uzağa düşdü səfərin

Səndən nigarandır sazın, ay ustad.

Elman Mehdiyev

 

Yaxşıq bir sevgidi

 

Yaxşılıq bir sevgidi,

Qəlbində zühur edər.

Şəfqətini ələrsən,

Könülləri nur edər.

 

Yaxşılıq bir hərarət,

Pardaxlanıb açarsan.

Ruhuna qida olar,

Qanadlanıb uçarsan.

 

Yaxşılıq sevinc payı,

İnsanlığın naxşıdı.

Yamanlıqdan nə çıxar,

Yaxşı olsan yaxşıdı.

 

Yaxşılıq bəndəlikdi,

İmanına, dininə.

Yaxşılar savab yazar,

Ömrünün hər gününə.

Xatın

 

Başına dolandığım

 

Bahar, yaz qalıb arxada, ömrüm-günüm qış fəslidir,

Yağır insafsızcasına qar başına dolandığım.

Sırasında onların kölgəsi olmayan da var,

Hər bir ağacda olmayır bar başına dolandığım.

 

Simlər çəkir çəkdiyini, güc düşməkdə olur telə,

Canlarından verib canı gətirirlər məni ələ.

Kaman gözünə döndüyüm sükut pozur, gəlb dilə,

Darıxmağa qoymur məni tar başına dolandığım.

 

Üzünlə işin olmasın, saçını da yolma deyib,

Unut ağrını, acını, dərdi yada salma deyib;

– “Sənə gələn mənə gəlsin, sən saralma, solma” – deyib,

Sadağasına döndüyüm, var başına dolandığım.

Tamam Nur Tağlabiyanlı

 

lbimin arzusu çox

 

Bəxt istərəm ağ olsun,

Yollarım çıraq olsun,

Təki canım sağ olsun,

Ləpələnsin ümmanım.

 

Başım çatsın dağlara,

Bahar olum bağlara,

Qovuşum xoş çağlara,

Olmasın çən, dumanım.

 

Hamıya yoldaş olum,

Dost olum, şirdaş olum,

Vətəndə bir daş olum,

Gerçək olsun gümanım.

 

Ümidlərim itməsin,

Zamanım boş ötməsin,

Ömrüm vaxtsız bitməsin,

Azalmasın inamım.

 

Gənclik çağım ötsə də,

Təravətim itsə də,

Əlimdən nə getsə də,

Getməsin din, imanım.

lxar Cəbiqı

 

deyim, dünya…

 

Gör  sən bir, yan gəzir əyrilər düzdən,

Siyirib atıblar  abırı dizdən.

Salıblar yaxşını yamanlar gözdən,

Nə deyim mən sənə, nə deyim, dünya?

 

Yaxşılar azalıb, nadan nə qədər,

Üzür ürəkləri qüssə, qəm, kədər.

Gedir əziyyətlər, zəhmətlər hədər,

Nə deyim mən sənə, nə deyim, dünya?

 

İnsan öz başına özü dərd açıb,

Arzusu talanıb, ümidi qaçıb.

Üzünün nuru da üzündən uçub,

Nə deyim mən sənə, nə deyim, dünya?

 

Düşdüm dağa-daşa, uçdu xəyalım,

Üzüm kədərləndi, soldu camalım.

Başına dolanım, qadanı alım,

Nə deyim mən sənə, nə deyim, dünya?

 

Rüstəm, etibarın itdiyi yermi?

İnsan insan qanın içdiyi yermi?

Sözün kəsərinin bitdiyi yermi?

Nə deyim mən sənə, nə deyim, dünya?

stəm Məbudoğlu

 

Ön itirib

 

Ağacda quş yuvası,

Qalıbdır boş yuvası.

Ağılın baş yuvası

Baş ağıla yad olmaz.

 

Yuva inciyir quşdan,

Ağac quruyur başdan.

Quru da küsüb yaşdan…

Yanmayandan  od olmaz.

 

Çiçək açır, tökülür,

Yarpaq yanır, bükülür.

Ruzi göyə çəkilir,

Hər ruzidə dad olmaz.

 

İl ildən gəlir ağır,

Aylarla yağış yağır.

Köməyə Haqqı çağır,

Bəndədən imdad olmaz.

Mirəli İsmayıllı

 

 

 

Azərbaycan

 

Şəhidlər xiyabanı,

Qibləm, yolum  Azərbaycan.

Mübarizlər –  Xiyabani…

“Ölüm, olum“ Azərbaycan.

 

Bütöv Vətən param-parça,

Gərəksizmi varı, yoxsa.

Lal-dinməzlər bağlı boxça,

Durum, dolum Azərbaycan.

 

Şimal, cənub, şərqə, qərbə,

Parçalandın, aldın zərbə.

Meydan oldun qanlı hərbə,

Dilim-dilim, Azərbaycan.

 

Ərəbdə türkmanı qalan,

Hayda İrəvanı qalan.

Dərbənddə dərmanı qalan,

Birləş, elim Azərbaycan.

 

Boz qurdunu köpək çalan,

Bədöy atı ürkək olan.

Bahadırı ipək olan,

Soyum, dilim Azərbaycan.

 

Bəxtin itib küləklərdə,

Başın müdhiş kələklərdə.

Qarabağ yad yedəklərdə,

Kəsik qolum, Azərbaycan.

 

Tamah talayıbdı bizi,

Bağlayıbdı yolu, izi.

Vüqar, dolan, gəz Təbrizi,

Ölsəm, ölüm, Azərbaycan.

qar Vaqifoğlu

 

Şam

 

Ey gözəl şəhərim, ey gözəl Şuşam,

İstərəm adına min nəğmə qoşam.

Uca dağlar keçəm, zirvələr aşam,

Yenə də qoynuna gələm, ay Şuşam!

 

Nə şöhrət istərəm, nə var, nə dövlət,

Səni görmək mənə kaş ola qismət.

Kaş, tez bitə hicran, bu acı həsrət,

Yenə də qoynuna gələm, ay Şuşam!

 

Adın dilimizdən düşməz heç zaman,

Dəyişsə zəmanə, ötsə də dövran.

İgidlər düşmənə verməyə aman…

Yenə də qoynuna gələm, ay Şuşam!

 

Qəlbimdə çağlayır bir yara hər an,

Gəzirəm, yaralı, dərdli, pərişan.

Qoy bu xəyallarım olmasın yalan…

Yenə də qoynuna gələm, ay Şuşam!

 

Qələbə çalacaq ordum, bilirəm,

Qayıdacaq bir gün yurdum, bilirəm.

Mən doğru xəyallar qurdum, bilirəm…

Yenə də qoynuna gələm, ay Şuşam!

 

Çevrilər düşmənin bir gün növrağı,

İgidlər qoynuna sancar bayrağı.

Kaş qucaq yenə də o cənnət bağı,

Yenə də qoynuna gələm, ay Şuşam!

Xuraman  Baxışova

 

 Qılgül

 

Qönçə idim, səni həmdəm eylədim,

Nə ayrıldım, nə özgə gül iylədim.

Ləçəkləndim, öz qəlbimi söylədim,

Artdı dərdim, bülbül oldu, qızılgül.

 

Bahar oldu, düymələndi qönçələr,

Könüllərdə bayram etdi nəğmələr.

Yar telinə gül hörəndə sevənlər,

Mənim gözüm yaşla doldu, qızılgül.

 

Qönçə idim, təkcə səni sevmişəm,

Yarpağına bəxtim, arzum demişəm.

Bu gün yenə görüşünə gəlmişəm,

Görüşmədik, Sayad soldu, qızılgül.

Sayad İbrahimqı

 

Şərh Yaz