“Mücü – əsrlərin yadigarı”

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, əslən mücülü olan Həsənov Həsən İnqilab oğlunun nəfis tərtibatla çapdan çıxmış kitabına bu adı verməsi heç də təsadüfi olmayıb.

Ulularının ruhuna hörmət,  müasirlərinin bugünkü həyat şəraitini əks etdirmək və doğma məkanla bağlı bilgiləri toplu halında gələcək nəsillərə ötürmək fikri ilə yazılmış bu kitabda müəllif tamamilə məqsədinə nail ola bilmişdir.

Mücü kəndinin tarixi, onun əsrarəngiz təbiəti, burada yaşayan insanların məişəti və sənətkarlığı barədə zəngin məlumatların bir yerə cəmlənməsi bu kitabı sözün həqiqi mənasında dəyərli bir vəsaitə çevirmişdir. Kitabdakı şəkillərin, xüsusilə təbiət mənzərələrinin rəngli verilməsi oxucuda bu yerləri görmək həvəsi oyadır.

Mücülülərin Vətən sevgisi, sənətkarlığı, işgüzarlığı və inkişafa meyli bu kitabda tarixi faktlara söykənməklə, əsaslı şəkildə qeyd olunub.

Təkcə mücülülər deyil, Dağlıq Şirvan və İsmayıllı tarixini öyrənmək istəyənlər, bu istiqamətdə axtarışda, yaradıcılıqda və səyahətdə olanlar üçün də kitab sanballı bilgi mənbəyi olacaqdır.

Ərsəyə gətirdiyi dəyərli kitaba görə müəllifə həmyerliləri və  oxucular adından təşəkkür edirik.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz