Ağsaqqallar şurasının iclası keçirilib

İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Gündəliyə Şuranın idarə heyətinin və Şura sədrinin seçilməsi məsələsi daxil edilib.
Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova iclası açaraq, uzun illər Şuraya sədrlik edən İnqilab Həsənovun səhhəti ilə əlaqədar bu ictimai vəzifəni icra etməkdə çətinlik çəkdiyini bildirməsilə bağlı ərizə ilə müraciət etdiyini qeyd edib. Odur ki, Şura iclasın gündəliyinə həmin ərizənin nəzərə alınmasını,  yeni idarə heyəti və sədrin seçilməsini daxil edib.
Gündəlik açıqlandıqdan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edib. Başçı Şura iclasının iştirakçıları adından İnqilab Həsənova sədrlik müddətindəki xidmətlərinə görə təşəkkürünü bildirib.

Ölkənin və rayonun ictimai-siyasi, ideoloji, iqtisadi durumu barədə ətraflı danışan başçı ağsaqqalların bu işlərdə fəal iştirakından razılıq edib. Bir çox məsələlərin həllində ağsaqqalların mövqeyinə, məsləhətlərinə hər zaman ehtiyac olduğunu söyləyib.
Daha sonra rayon Ağsaqqallar Şurasının 15 nəfərdən ibarət idarə heyəti seçilib. İdarə heyətinin ilk iclası üzvlər sırasından dövlət qulluğu veteranı Valeh Salehovu yekdil səslə Şuranın sədri seçib.

İsmayıllı xəbərləri”

Şərh Yaz