Fəxr və qürur hissi ilə

Kürdmaşı kənd kitabxanasının təşkilatçılğı ilə kənddəki yaradıcılıq evində Milli Qəhrəman Mübariz İbrahimovun doğum ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbir iştirakçıların diqqətinə şəhidin keçdiyi həyat yolu, göstərdiyi hünər və qəhrəmanlıqlar barəsindəki məlumatlar çatdırılıb.

Bu tədbirdə Mübariz İbrahimovla bərabər bütün şəhidlərimiz, eləcə də Kürdmaşı kəndinin altı şəhidi  fəxr və qürur hissi ilə yad edilib.

Tədbirdəki çıxışlarda bildirilib ki, hələ bu xalqın neçə-neçə Mübarizləri dünyaya gələcək.  Elə bu ruhla kompozisiya iştirakçıları: Bizik Mübariz! Bizik Vətən! Bizik Azərbaycan! – deyərək tədbir boyu üçrəngli, ay-ulduzlu bayrağımızı səhnədə dalğalandırıblar.

Esmira Əlişova

Şərh Yaz