Yaddas kitabcasi

Görülən işlər ödənilən vergiləri əks etdirir

İsmayıllı bələdiyyəsi 2018-ci ildə görülən işlər və cari il üçün qarşıda duran vəzifələr barədə şəhər sakinlərinə hesabat verib.

“Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyələr, eləcə də bələdiyyənin hər bir üzvü 6 ayda bir dəfə görülmüş işlər haqqında seçicilər qarşısında hesabat verir.

Bu məqsədlə fevral ayının 6-da keçirilən yığıncaqda 2018-ci ildə görülən işlər və cari ildə qarşıda duran vəzifələr barədə İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevin hesabatı dinlənilib.

Bələdiyyə sədri, 2018-ci ildə bələdiyyənin mədaxil və məxarici, eləcə də görülən işlər barədə məlumat verib. Rayonda aparılan tikinti-quruculuq işlərindən söz açıb. O, həmçinin qeyd edib ki, hesabat dövründə rayon səviyyəsində keçirilən bayramlarda, mədəni-kütləvi tədbirlərin təşkilində və keçirilməsində bələdiyyənin də imkanlar daxilində iştirakı olub.

Məruzəçi bildirib ki, İsmayıllı bələdiyyəsi il  ərzində diqqəti cəlb edən bir sıra işlər görüb. Bələdiyyəyə gəlir gətirə biləcək iş yerlərinin açılmasına səy göstərilib.

Fürsətdən istifadə edən sədr şəhər sakinlərini vergilərin ödənilməsində fəallıq göstərməyə dəvət edib. Bildirib ki, görülən işlər ödənilən vergilərə uyğun reallaşıb.

Məruzə ətrafında bələdiyyə üzvlərinin hesabat xarakterli çıxışları, seçicilərin rəy və təklifləri dinlənilib (Hesabat barədə geniş məlumatla növbəti sayızda tanış ola bilərsiniz).

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz