İntellektual yarışda üçüncü

2-3 fevral 2019-cu il tarixlərdə Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş intellektual klublar arasında Gənclər Kuboku üzrə çoxnövçülük turniri təşkil edilib.
Turnirə 90 suallıq “Nə? Harada? Nə zaman?”, erudik kvartet və breyn-rinq oyunları üzrə, ümumilikdə 60-dan artıq komanda mübarizəyə qatılıb.
İsmayıllı rayonunu təmsil edən “İsmayıllı klubu” komandası qalib gəldiyi oyunlara və nəticələrə görə ümumi reytinq xalında üçünçü yerlə kifayətlənib.
Qaliblərə kubok, medal və hədiyyələr təqdim olunub.
Qalibləri təbrik edirik və uğurlar arzulayırıq.

Azad Manaflı

 

Şərh Yaz