Gənc müəllim müsabiqə qalibidir

AHİK-nin qərarı ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar İttifaqı Respublika Komitəsi üzv təşkilatları arasında “İlin peşəkar gənci” müsabiqəsi keçirib. Müsabiqədə yaşı 35-ə qədər olan, işinin öhdəsindən layiqincə gələn, müxtəlif müsabiqələrdə qalib olmuş gənc müəllimlər iştirak ediblər.

ATİAHİ İsmayıllı Rayon Komitəsinin qərarı ilə müsabiqələrədə fəallıq göstərən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin gənc fiziki-tərbiyə müəllimi Elvin Əliyev də iştirak edib və qalib olub.

Respublika Komitəsində keçirilən mükafatlandırma mərasimində Elvin müəllim AHİK-nin sədri Səttar Möhbalıyev tərəfindən Fəxri diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

E.Əliyevi təbrik edir, ona işində daha yüksək uğurlar arzulayırıq.

Hafiz Kərimov,

ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri

 

Şərh Yaz