Yaddas kitabcasi

Ölkə çempionu İsmayıllıdandır

Azərbaycan Respublikasının  Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə 7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında  kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib.

Kişilər arasında 67 kiloqram çəki dərəcəsində qaliblər müəyyən edilib. İsmayıllı atleti Məhəmməd Məmmədli  277 kiloqram  (122+155) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

“İsmayıllı xəbərləti”

Şərh Yaz