20 Yanvar şəhidləri ehtiramla yad edilib

Yanvar ayının 20-də səhər saat 8-dən başlayaraq İsmayıllı şəhərinin Mərkəzi meydanında quraşdırılmış monitorda hüznlü musiqilər səsləndirilir, 20 Yanavar faciəsini əks etdirən filmlər nümayiş etdirilirdi.
İsmayıllı rayonundakı Şəhidlər xiyabanına ziyarətə İsmayıllı şəhər sakinləri, yaxın kəndlərdən minlərlə insan gəlmişdi.

Saat 10-da başlanan ziyarətin ön cərgələrində rayon rəhbərliyi, rayonun əlaqədar idarə, müəssisə və təşkilat rəhbərləri, Qarabağ müharibəsi əlilləri və veteranları, kollec tələbələri, məktəb şagirdləri və şəhid vermiş ailələrin nümayəndələri gedirdi.

Şəhidlər xiyabanında dəfn olunan şəhidlərin ailə üzvləri, valideynləri, qohumları da burada, əzizləri dəfn olunmuş məzarlar yanında idilər və ziyarətçilərdən başsağlığı qəbul edirdilər.
İki saatdan çox davam edən anım mərasimindən sonra ziyarətçilərin bir qrupu şəhərin Mədəniyyət Mərkəzinə gəlib.

Saat 12-də ölkə ərazisində, eləcə də İsmayıllı şəhərinin mərkəzində səsləndirilən həyəcan siqnalı dinlənilib, bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilib, sonra kompozisiyaya baxılıb.

Göstərilən tamaşada 20 Yanvar faciəsinin dəhşətlərini və vətən övladlarının dəyanətini, vətənpərvərliyini, cəsurluğunu, igidliyini, ana və bacılarımızın iradəsini, dözümünü əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Kompozisiyaya baxışdan sonra RİH başçısı səhnəyə qalxaraq tamaşanın hazırlanmasında və təqdim olunmasında zəhməti olanlara təşəkkürünü bildirib.

Şərh Yaz