Aşıqbayramlıda görüş-qəbul

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Aşıqbayramlı kənd tam orta məktəbinin akt zalında həmin inzibati ərazi dairəsinə daxil olan Aşıqbayramlı, Hapıtlı, Qarakolluq və Talış kənd sakinləri ilə görüş-qəbul keçirib.
RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulu açaraq mütəşəkkilliklə gələn iştirakçıları salamlayıb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, ailələrinin, kəndlərinin və rayonun inkişafında onlara yeni nailiyyətlər arzulayıb.

Daha sonra ölkəmizin və rayonun 2018-ci ildə əldə etdiyi uğurlardan, torpaqlardan səmərəli istifadə yollarından, işsizliyin aradan qaldırılması və gələcək pensiya təminatı üçün ictimai təsərrüfat fəaliyyətinə və özünəməşğulluğa üstünlük verilməsinin vacibliyindən danışıb.
İştirakçılar Aşıqbayramlıda uşaq bağçası, inzibati bina tikilməsi, Qarakolluğa içməli su çəkilişi, qəzalı vəziyyətə düşmüş körpünün tikintisi barədə məsələlər qaldırıblar.
RİH-nin başçısı problemlərin bir daha öyrənilib təhlil olunacağını və tədbirlər müəyyənləşdiriləcəyini bildirib.
Özünəməşğulluq və ünvanlı sosial yardımla  əlaqədar xahişlər olub. Müraciət müəlliflərinə qanunauyğun mütəxəssis izahatı verilib.

Şərh Yaz