Yaddas kitabcasi

Qayğıya ehtiyacı olan uşaqlar diqqətdə saxlanılır

27 dekabr 2018-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İsmayıllı rayon Uşaq kitabxanasında bayram şənliyi keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə fiziki imkanları məhdud uşaqlar valideynləri ilə birgə iştirak edib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva bayram iştirakçılarını təbrik edərək, əlilliyi olan insanların dövlətimizin, ölkə  Prezidentinin qayğısı əhatəsində olduğunu bildiriblər.

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladığı konsert proqramını uşaqlar maraqla qarşılayıb.

Sonda Şaxta Baba tədbirdə iştirak edən uşaqların hamısına RİH-nin bayram hədiyyələrini təqdim edib.

Şərh Yaz