İnkişaf daimi qayğının nəticəsidir

İsmayıllı Rayon İcra Hakimiyyəti  başçın İsmayıllı şər İƏD-i üzrəmayəndəsi Mərrəm   Əhmədovun 2018-ci ildən işr barədə məruzəsindən   

 

2018-ci il ölkəmiz üçün uğurlu olduşdur. Prezident İlham Əliyev cənabları bu il avqust ayının  25-26-da İsmayıllıya səfəri zamanı bir sıra obyektlərin açılışını etdi  və o cümlədən şəhər ərazisində görülən tikinti- quruculuq işlərindən razı qalmışdır. İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, 48 mənzilli yaşayış binasının, yeni Xalça fabrikinin, 100 yerlik uşaq bağçasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı sərəncamların imzalanması  sosial-iqtisadi inkişafın sürətlənməsinə, həyat səviyyəsinin yüksəldilməsinə və məşğulluğunun artmasına xidmət edir.

Prezidentimizin rayonumuza səfərləri, görülən işlərə verdiyi qiymət bizi ürəkdən sevindirir və yeni uğurlara səfərbər edir. Bildiyimiz kimi, İsmayıllı şəhərinin ərazisi 4424 hektar, təsərrüfatların sayı 8348, əhalisi 25603 nəfərdir. Bunlardan 12824 nəfəri kişilər, 12779 nəfəri isə qadınlardır. Qeydiyyat şöbəsində  2018-ci ildə 650 doğum, 206 ölüm, 264 nigah, 68 boşanma qeydə alınmışdır. Ərazidə 1750 hektarda payızlıq səpin aparılmış, 4875 ton məhsul istehsal olunmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalına  maddi marağın artırılması məqsədilə dövlət tərəfindən dənli bitkilərin əkilməsinə görə 1051 nəfərə, 112 min 798 manat subsidiya verilmişdir.

2018-ci ildə şəhər ərazisində 1574 ton kartof, 2970 ton tərəvəz, 2 ton üzüm, 186 kiloqram barama, 2  ton quru tütün  istehsal olunmuş, 82 hektar fındıq bağı salınmışdır.

2018-ci ilin 1 yanvar tarixinə mal-qaranın uçotu aparılmış, 3843 baş iri buynuzlu,  3197 baş qoyun-keçi, 76 min baş quş, 1845 arı ailəsi qeydə alınmışdır.

Ərazidə 206 ailədə, 786 nəfər  məcburi köçkün yaşayır.

Hazırda şəhərdə 2 nəfər BVM iştirakçısı, 108 nəfər Qarabağ müharibəsi əlili, 132 nəfər Qarabağ müharibəsi iştirakçısı, 40 şəhid ailəsi, 10 Çernobıl əlili vardır. Şəhər icra nümayəndəliyinin 2018-ci ildə illik büdcəsi 1 milyon 670 min  manat olmuş, 1 milyon 649 min manat xərclənmişdir. Aparatın saxlanmasına 45 min 810  manat, uşaq bağçası-körpələr evlərinə 255 min  manat, Mənzil İstismar  Sahəsinə 135 min 516 manat,  Kommunal Müəssisələri Kombinatına (KMK) 1 milyon 490 min 568 manat, küçə işıqlandırılması üçün 52 min 506 manat, işıq dirəklərinin quraşdırılmasına 4950 manat, işıq təsərrüfatının saxlanmasına 49 min 382 manat xərclənmişdir.

İl ərzində şəhər nümayəndəliyinə 170 sənəd daxil olmuş, 306 sənəd idarə, müəssisə və təşkilatlara göndərilmişdir.

Nümayəndəliyə 14 nəfər ərizə ilə müraciət etmiş, şifahi müraciətlərin sayı 215 olmuşdur. Ərizə və şikayətlərə nümayəndəliyin səlahiyyətləri daxilində baxılmış, qanunamüvafiq tədbirlər görülmüş, müxtəlif məzmunlarda 4611 arayış verilmişdir.

Şəhər ərazisində 3 uşaq bağçası  – körpələr evi fəaliyyət göstərir, bağçalarda 11 qrupda 200 uşaq tərbiyə alır, 3 bağça üzrə ümumi işçilərin sayı 57 nəfərdir. 2018-ci ildə şəhər bağçasına ərzaq məhsulları alınması üçün 76 min 440 manat, inventar və avadanlıqların alınması üçün 16 min 106 manat, cari təmirə 14 min 259 manat, qaza görə 4000 manat, işığa 2285 manat, su-kanalizasiyaya 3000 manat vəsait xərclənmişdir.

2018-ci ildə KMK əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətini yaxşılaşdırmış, şəhərin təmiz saxlanması, yaşıllıqların qorunması təmin edilmiş, il ərzində kombinat tərəfindən gündəlik şəhər ərazisində 340 min kvadrat metr ərazi süpürülmüş, 25 hektar yaşıllıq sahəsinə qulluq edilmiş, 4637 ədəd işıq nöqtələrinin yanmasına nəzarət olunmuş, 17 min 935 kubmetr bərk tullantı poliqona daşınaraq zərərsizləşdirilmişdir. Fəvvarələr əhalinin istirahətinə xidmət etmişdir.

KMK 2018-ci ildə Məşğulluq mərkəzinin göndərişi ilə 260 nəfəri müvəqqəti işə qəbul etmiş, il ərzində 633 min manat əmək haqqı ödənilmişdir.

Cari ildə kombinatın xidmət sahəsinə aid olmayan ərazilərdə olan zibilliklər, yol kənarları kol-kosdan təmizlənmiş, xiyabanlardakı ağacların gövdəsi ağardılmış, budanaraq formaya salınmış və aqrotexniki qulluq olunmuşdur.

2018-ci ildə şəhərin Nizami, M.Orucov küçələrində, H.Əliyev adına park və Mərkəzi meydanda 3260 ədəd müxtəlif bəzək  ağacı, qızılgül kolları, güllər əkilmiş, onlara qulluq edilmişdir. İl ərzində göstərilən kommunal xidmətin həcmi 1 milyon 204 min 662 manat olmuşdur. Bu da ötən illə müqayisədə 427 min 160 manat çoxdur.

Görülmüş işlərlə yanaşı, şəhərdə təmizliyin tələb olunan səviyyəyə çatdırılması üçün hələ də görüləsi işlər çoxdur.

Mənzil İstismar Sahəsinə hesabat ilində tərəfimizdən 21 min 785 manat vəsait dotasiya formasında ödənilmişdir. Mənzil fondunun təmiri üçün “MF Təmir-Tikinti MMC-yə 115 min manat vəsait köçürülmüşdür. Həmin vəsaitlə Ə.Mahmudov küçəsi  4, 10, 12, 14 , N.Gəncəvi küçəsi 19, Heydər Əliyev prospekti 111, M.F.Axundov küçəsi 17, 21, Cavanşir küçəsi 15, H.Zərdabi küçəsi  2, 4 nömrəli ünvanlarda yerləşən yaşayış binalarının zirzəmiləri, xarici kanalizasiya xətləri, M.F.Axundov küçəsi 34 A ünvanında yerləşən yaşayış binasında 8 mənzil əsaslı təmir edilmişdir. Heydər Əliyev prospektində 5 mərtəbəli otelin tikintisi başa çatmaq üzrədir. Nizami küçəsində otel binasının tikintisi davam etdirilir.

Cari ildə şəhər ərazisində 2 ədəd arteziyan quyusu istifadəyə verilmişdir.

Şəhər ərazisində 140 küçə vardır. Son 5 ildə 68 küçəyə asfalt örtük vurulmuş, bir neçə küçənin dağılmış asfalt örtüyü təmir olunmuşdur. Asfaltlaşdırılması planlaşdırılmış 20-yə yaxın küçə isə çınqıllanaraq gediş-gəliş üçün yararlı hala salınmışdır. Şəhərin Qəzli və Mican ərazisində təmir olunmayan küçələrə çınqıl tökülməsinə ehtiyac vardır.

“Niyal”  MMC tərəfindən şəhər ərazisində xeyli abadlıq işləri görülmüşdür. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkındakı fəvvarələrin təmirinə 140 min manat, Xalça fabrikinin ətrafının abadlaşdırılmasına 2 min manat, Nizami küçəsindəki  dairənin təmirinə 3 min manat, Babək və N.Nərimanov küçələrində  ağartma işlərinə  2 min manat xərclənmişdir. İl ərzində şəhər ərazisində fərdi yaşayış evlərinin tikintisi əvvəlki ilə nisbətən xeyli artmışdır. Poçt filialı şəhər əhalisinə poçt, bank, maliyyə və digər xidmətlər göstərmişdir. İl ərzində poçt şöbəsi vasitəsi ilə 794 min manat təbii qaza görə, 842 min manat elektrik enerjisinə görə, 112 min manat işlənmiş suya görə ödənişlər aparılmışdir.

Cari ildə şəhər ərazisində  bir ədəd bankomat quraşdırılaraq istifadəyə verilmişdir.

Cari ildə Telekommunikasiya qovşağı şəhər ərazisində əhalinin telefona olan tələbatını ödəmək məqsədi ilə 291 mənzilə yeni telefon xətti çəkilmiş, 52 abunəçinin xətti isə  yenidən bərpa olmuşdur.

Şəhər ərazisində olan yararsız rabitə dirəkləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

Su-Kanal İdarəsi balansında olan 11 kilometr magistral, 160 kilometr şəhərdaxili su xəttinə və 150 kilometr kanalizasiya xəttinə, 6755 abonentə, o cümlədən 237 büdcə və kommersiya abonentinə xidmət edir. Əhaliyə və kommersiya obyektlərinə  satılmış  su 346 min 79 manat, kanalizasiya xidmətinə görə 78 min 268 manat, ümumi yığım isə  417 min 662 manat olmuşdur. Şəhərin bir sıra küçələrində kanalizasiya xətlərində təmir və bərpa işləri aparılmışdır. 35 bina yeni kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Kanalizasiya xətlərinə qoşulma işləri davam etdirilir.

2018-ci  ildə şəhərin 16-cı kvartalında yerləşən “Azərişıq” ASC-nin “İsmayıllı” yarımstansiyası yenidən qurulmuş, 2 ədəd transformator quraşdırılmış, müasir tipli məsafədən idarəetmə sistemi ilə təchiz olunmuşdur. Şəhərin ərazisində 28 yararsız dayaq yenisi ilə əvəz olunmuş, 72 abonentə texniki şərt əsasında yeni sayğac quraşdırılmışdır. Şəhər ərazisində elektrik xəttinin 98 faizi SİP kabellə əvəz edilmiş, ”Smart-kart” tipli sayğacla təchiz olunmuşdur. Şəhərin 16-cı kvartalı, keçmiş Qəzli, İsmayıllı kəndləri, məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin SİPləşdirilməsi üçün layihə sənədləri işlənib hazırlanmışdır.

Şəhər ərazisində qazdan istifadə edən abonentlərin sayı 6560 nəfər təşkil edir. Cari ildə Qaz İstismar Sahəsi təbii qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Zərdabi, A.Aslanov küçələrində, 30A, 16-cı kvartallarında, şəhərin keçmiş Mican və İsmayıllı kənd məhəllələrində müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, qaz tənzimləyiciləri quraşdırılaraq istismara verilmişdir. Şəhərin ərazisində qaz xətlərinin çəkilməsi davam etdirilir.

Yola saldığımız ildə təhsil sahəsində də inkişaf davam etmiş, əsaslı şəkildə kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə edilmişdir. Şəhər məktəblərinin 157 nəfər məzunu ali məktəblərə daxil olmuş, onlardan 22 nəfəri  600-dən yuxarı, 45 nəfəri isə 500-600 arası bal toplamışdır. Tələbə qəbulu imtahanlarında 6 nömrəli tam orta məktəbinin məzunları Vasif Əsədov 700 bal, Ramil Ağayev isə 692 bal toplamış, Prezident təqaüdünə layiq görülmüşlər. Qazanılan uğura görə məktəbin direktoru Qalib Bəşirov Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Bundan əlavə, şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycan dili  və ədəbiyyatı müəllimi Bahar Abdullayeva “Tərəqqi” medalı ilə təltif edilmişdir. Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə keçirilən “Təhsil bayramı”nda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr  verilmişdir.

Cari ildə Gigiyena və Epidemiologiya Mərkəzi şəhər ərazisində sanitariya vəziyyətinin yaxşılaşdırılması və yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində bir sıra tədbirlər  həyata keçirmişdir. Şəhərin ərazisində zibillərin davamlı götürülməsinə, ictimai-iaşə obyektlərində, ticarət təşkilatlarında qanunun tələblərinə riayət olunmasına nəzarət gücləndirilmişdir.

2018-ci ildə şəhər üzrə 98 nəfər hərbi xidmətə çağırılmış, 102 nəfər hərbi xidmətdən ehtiyata buraxılmışdır. Nümayəndəlik gənclərin hərbi xidmətə yola salınmasında iştirak etmişdir.

Hesabat dövründə şəhər ərazisində ”Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun pozulması hallarına yol verilməmişdir.

Dövlət Yol Polisi bölməsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sayəsində bir sıra profilaktik tədbirlər həyata keçirmişlər. Qaydaları pozanlara qarşı inzibati qaydada tədbir görülmüşdür. Bunlara baxmayaraq il ərzində 11 yol-nəqliyyat hadisəsi baş vermiş, 2 nəfər ölmüş, 12 nəfər xəsarət almışdır. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtoxuliqanlıq, sərxoş vəziyyətdə avtomaşını idarə etmək hallarına qarşı daha kəskin tədbirlər görməli, sürücülük hüququ olmadan avtomaşını idarə etmək və digər qanun pozuntularına qarşı nəzarəti artırmalıdır.

İl ərzində şəhər ərazisində  ictimai-siyasi tədbirlər, dövlət və dini bayramlar keçirilmiş,  tədbirlərin təşkilində şəhər nümayəndəliyi də fəal iştirak etmişdir. Şəhərdə ictimai asayişin qorunması üçün işimizi hüquq-mühafizə orqanları və bələdiyyə ilə birgə qurmuşuq. İl ərzində müsbətə doğru görülmüş bütün işlər, şəhərimizdə sosial-iqtisadi inkişafın sürətlənməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və rayon rəhbərliyinin tükənməz qayğısının nəticəsidir.

2019-cu ildə də daha səmərəli işləyərək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.

 

Şərh Yaz