Şəhər məktəbliləri qalib olub

12 yanvar 2019-cu il tarixdə şəhid Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin idman zalında İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş həndbol üzrə açıq rayon birinciliyi keçirilib.

Birincilikdə meydan sahibləri və Topçu kənd tam orta məktəbinin hər birindən  2 komanda olmaqla, 4 komanda arasında qələbə uğrunda mübarizə gedib. Maraqlı və gərgin keçən oyunlar nəticəsində meydan sahibləri  birinci olublar. İlk 3 yeri tutan komanda Diplomlar və qiymətli hədiyyələrlə təltif  olunub.

Tural Haşımov

 

 

Şərh Yaz