Qaliblər təltif olunublar

İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin tədbirlər planına uyğun olaraq 15-19 yanvar 2019 cü il tarixlərində “20 Yanvar qan yaddaşımızdır” adı altında 29 il əvvəl müstəqilliyimizin əldə edilməsi üçün canlarını qurban verən şəhidlərimizin xatirəsinə həsr edilmiş şahmat üzrə açıq birincilik keçirilib.

Yarış öncəsi, məktəbin direktoru Nəriman Alıyev o müdhiş gecə barəsində yarış iştirakçılarına məlumat verib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

5 yaş qrupu üzrə keçirilən yarışmada qalib gələn şahmatçıları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov təbrik edib. Qaliblərə Diplomlar və qiymətli hədiyyələr verilib.

T.Haşımov

Şərh Yaz