Rəsmlər tarixi əks etdirib

11 yanvar 2019-cu il tarixdə İsmayıllı Rayon Gənclərin İnkişaf Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Təhsil Şöbəsi ilə birgə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar qan yaddaşımızdır!” mövzusunda məktəblərin yuxarı sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb, iştirakçıları salamladıqdan sonra  “Qanlı 20 Yanvar” gününün tarixi barədə iştirakçılara geniş məlumat verib.

Rayon Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov, Əhən kənd tam orta məktəbinin direktoru Qorxmaz Cəbiyev  də tariximizin 20 Yanvar səhifəsi barədə danışıb. Sonra, rəsm müsabiqəsi barədə iştirakçılara açıqlama verib. Həvəskar rəssamlar bir saat ərzində fikir və duyğularını rəsmə çeviriblər.
18 məktəbdən 36 nəfər şagirdin iştirak etdiyi müsabiqənin nəticələri yoxlama komissiyasının rəyi əsasında bəlli olub.
Birinci yeri Quşencə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Bənövşə İsrailova, ikinci yeri 6 nömrəli tam orta məktəbinin 5-ci sinif şagirdi Seymur Əliyev, üçüncü yeri isə Buynuz kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Rəbiyyə Yaqubova tutub.
Müsabiqədə tarixi əks etdirən rəsmləri ilə yer tutmuş şagirdlər İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Kamilə Bağırova

Şərh Yaz