Şəhidlərin qanı ilə yazılan səhifə

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə müəllim Firəngiz Bağırovanın rəhbərliyi və VII  “C” sinif şagirdlərinin iştirakı ilə “20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirilib.

Məktəb-liseyin şagird və müəllim kollektivi ilə yanaşı, rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyeva da iştirak edib.

Əvvəlcə müstəqilliyimiz və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar faciəsinə həsr edilmiş müxtəlif şeirlər səsləndirib və səhnəciklər göstəriblər.

Tədbirdə  məktəbin direktoru Əhmədağa Ələkbərov çıxış edərək  bildirib ki, hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Bu qanlı hadisədə xalqın şücaət və qorxmazlığı, birliyi,  eləcə də xalqın içində yetişən qəhrəmanlar üzə çıxıb. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsi ilə açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq!

Nilufər Qəhrəmanova,

məktəb-liseyin şagirdi

Şərh Yaz