Ümummilli liderin pak ruhu ehtiramla anılır

12 dekabr 2018-ci il tarixdə səhər saat 8-dən başlayaraq İsmayıllı şəhərinin Mərkəzi meydandakı monitorda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdirilib. Minlərlə rayon sakini  –  İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, gənclər, məktəblilər, idarə, müəssisə və təşkilatların kollektivləri, icra, hüquq-mühafizə və ədliyyə orqanlarının əməkdaşları Ulu öndərin abidəsini ziyarətə gəlmişdilər.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi abidə önünə gül dəstələri qoyulmaqla yad edilib. Ziyarətçilər sonra Heydər Əliyev Mərkəzində olub, buradakı tarixi ekspozisiyalara, ulu öndərə həsr olunmuş filmə baxıblar.
Ziyarətçilərin sırasında olan  95 yaşı adlamış İkinci Dünya müharibəsi veteranı Həsənalı Aslanov deyib: – “Müharibə iştirakçılarına, bütün xalqımıza böyük dəyər verən, həyatını, ömrünü nəsillərin xoşbəxtliyinə sərf edən, hər zaman xilaskarımız olan Heydər Əliyevin əziz xatirəsi mənim, övladlarımın, nəvə-nəticələrimin qəlbində əbədi yaşayır. Bu gün də özümə borc bildim ki, Onun abidəsi önünə gəlib, pak ruhunu yad edim. Allah Heydər Əliyevə rəhmət eləsin!”

Azər Bədəlov

Şərh Yaz