İsmayıllı gəncləri Ümummilli liderin məzarını ziyarət ediblər

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarından və ümumtəhsil məktəbləri şagirdlərindən ibarət bir qrup gənc rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Fəxri Xiyabana gedib, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Əvvəlcə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elmi Məmmədli Ulu öndərin rəhbərliyinin bütün dövrlərində gəncliyə etibar etməsindən, ona etimad göstərməsindən, gənclərə böyük qüvvə kimi baxmasından, Azərbaycanın müstəqilliyinə əbədilik xarakteri verməsindən danışıb. Qeyd edib ki, Azərbaycan gənclərinin öncül bir dəstəsi olan İsmayıllı gəncləri ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla inamla gedir, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri məsuliyyət ilə yerinə yetirirlər.
Sonra Ulu öndərin ruhu qarşısında özlərini həmişə borclu bilən gənclər onun məzarını ziyarət ediblər. Ümummilli liderin anım gününü müxtəlif kütləvi tədbirlər, müsabiqələr, idman yarışları ilə qeyd edən İsmayıllı gənclərinin nümayəndələri müqəddəs məzarı ziyarətdən sonra ölkəmizin sabahı və gələcəyinin daha firavan olacağına sonsuz inamla İsmayıllıya qayıdıblar.

Kamilə Bağırova

Şərh Yaz