Milli və siyasi liderlik bir arada

10 dekabr 2018-ci il tarixdə Rayon  Mərkəzi  Xəstəxanasının akt zalında ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov geniş məruzə edərək  qeyd edib ki, Azərbaycan səhiyyəsinin uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər dünyanın nadir, fərqli siyasətçisi olub. Təkcə Azərbaycanda deyil, bütün dünyada böyük nüfuz sahibi  kimi tanınıb. Qeyd olunub ki, Ulu öndərin siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə uğurlu islahatlar aparılır, yüksək nəticələr əldə edilir. Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov çıxışında qeyd edib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən hadisədir.  Ulu öndərdə bu keyfiyyətlərin hər ikisi öz əksini tapmışdır. Həkimlərdən – Abdullətif Maqsudov, Murad Həbibov çıxış edərək  Ulu öndərin xalq və ölkə qarşısındakı əvəzsiz xidmətlərindən, nəsillərə nümunə ola biləcək həyat fəaliyyətindən bəhs ediblər.  Sonda Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxılıb.

Nəsimi Teymurov

Şərh Yaz