Yaddas kitabcasi

Yaradıcı, qurucu və xilaskar

Ulu öndərin anım günü ərəfəsində bu tarixi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər rayonun bütün ümumtəhsil məktəblərini, İƏD üzrə nümayəndəlikləri, idarə, müəssisə və təşkilatları əhatə edib.
İsmayıllı Tikiş fabriki, Suvarma Sistemləri İdarəsi, Telekommunikasiya qovşağı, Poçt filialı və Məşğulluq Mərkəzində keçirilən anım tədbirlərində idarə və müəssisələrin rəhbərləri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məruzə ediblər, çıxışlar dinlənilib. İştirakçılar foto-lövhələr və guşələrlə tanış olublar.

Eləcə də bütün inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar müxtəlif formalı və zəngin məzmunlu tədbirlər həyata keçirilib. Hər bir tədbirdə öncə Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətini əks etdirən filmlərə baxılıb. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr, yaradıcı, qurucu və xilaskar xarakterindən bəhs edən məruzə və çıxışlar dinlənilib.

A.Bədəlov

Şərh Yaz