İƏD üzrə nümayəndələrin müavinləri ilə seminar-müşavirə keçirilib

Uşaq Kitabxanasının iclas zalında İƏD üzrə nümayəndələrin müavinlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov seminar-müşavirə iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış edib.
Giriş sözündən sonra gündəlikdə duran birinci məsələ – “2019-cu ildə əhalinin yenidən siyahiya alınması ilə bağlı qarşıda duran vəzifələr” barədə söz Rayon Statistika İdarəsinin müdir müavini Daşdəmir Məmmədova verilib. D.Məmmədov çıxış edərək 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlərlə əlaqədar və qarşıda duran vəzifələr barədə İƏD üzrə nümayəndələrin müavinlərinə izahat verib.
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar Rüstəm Səmədov çıxış edərək 2019-cu ilin birinci yarım ili üçün İƏD üzrə nümayəndəliklərin mətbuata abunə yazılması barədə, eləcə də İƏD üzrə nümayəndəlliklərdə əmək intizamının və nümayəndəliklərin fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Sonda yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Şərh Yaz