Nümayəndə günü keçirildi

Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilmişdir. RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamladıqdan sonra onları iclasın gündəliyi ilə tanış etdi.

Gündəlikdə duran birinci məsələ ilə əlaqədar Rüstəm Səmədov çıxış edərək  İƏD üzrə nümayəndəliklərdə 2019-cu ilin birinci yarım ili üçün  iş planlarının tərtib edilərək RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi ilə razılaşdırılması barədə geniş danışaraq müvafiq tapşırıqlarını verdi.

Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar R.Səmədov çıxış edərək nümayəndəliklərin ərazisində ağacəkmə kompaniyasının keçirilməsi barədə geniş danışaraq tapşırıqlarını verdi. 2019-cu ildə də baramaçılıq, fındıqçılıq, tütünçülük və ümumilikdə gəlir gətirən digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi barədə kəndlərdə əhali arasında maarifləndirici tədbirlərin görülməsini tövsiyə etdi. Sonra sözü İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru H.Həsənova verdi.

H.Həsənov çıxışında rayonumuzda arıçılığın inkişaf etdirilməsi, nümayəndəliklərin ərazisində arı ailələrinin sayının dəqiqləşdirilməsi və dəqiq uçotunun aparılmasının vacibliyindən, ərazilərdə payız aylarında yeni fındıq bağlarının salınması, payız şumunun çıxarılması və səpinin aparılması vəziyyətindən geniş danışaraq müvafiq tövsiyələrini verdi.

Sonda yığıncaq iştirakçılarını  maraqlandıran  suallara cavablar verildi.

Ehtiram Manafov

Şərh Yaz