152, 153 Seminar-müşavirə keçirilib

18 dekabr 2018-ci il tarixdə Uşaq kitabxanasının iclas zalında İƏD üzrə nümayəndələrin baş məsləhətçi- baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov seminar-müşavirədə “Dövlət büdcəsindən maliyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu  Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın İƏD üzrə nümayəndəliklərdə icrası vəziyyətindən danışıb.
Gündəlikdə duran digər məsələ ilə əlaqədar da R.Səmədov arayış verib, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 9 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən Təzəkənd kənd İƏD üzrə nümayəndəlikdə keçirilən yoxlamanın nəticələri təhlil edilib.

E.Manafov

Şərh Yaz